Fuad Muradov: “Azərbaycan Gürcüstanda inteqrasiya mərkəzlərinin fəaliyyətinə dəstək verəcək”

Fuad Muradov: “Azərbaycan Gürcüstanda inteqrasiya mərkəzlərinin fəaliyyətinə dəstək verəcək” “Azərbaycan gələcəkdə də Gürcüstanda inteqrasiya mərkəzlərinin fəaliyyətinə dəstək göstərəcək”.
Diaspor
3 Aprel , 2019 19:33
Fuad Muradov: “Azərbaycan Gürcüstanda inteqrasiya mərkəzlərinin fəaliyyətinə dəstək verəcək”

“Azərbaycan gələcəkdə də Gürcüstanda inteqrasiya mərkəzlərinin fəaliyyətinə dəstək göstərəcək”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Marneulidə bu gün açılan Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzində artıq 300-ə yaxın gənc qeydiyyatdan keçib: “Mərkəzdə Azərbaycan, gürcü, ingilis dili daxil olmaqla, ümumilikdə, 9 istiqamət üzrə kurslar keçiriləcək. Gürcüstanın azərbaycanlı gəncləri bilikli və savadlı olsalar, ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynaya bilərlər”.

F.Muradov deyib ki, Gürcüstanda yaşayan azərbaycanlılar dövlətçiliyə sadiq, zəhmətkeş və vətənpərvərdirlər: “Azərbaycan və Gürcüstan birgə səylərlə Gürcüstan azərbaycanlılarının inteqrasiyası sahəsində böyük nəticələrə nail ola bilərlər”.

Son xəbərlər

Orphus sistemi