Gürcüstanda azərbaycanlıların yaşadığı bölgənin məktəblərində sanitar qovşağı yoxdur

Gürcüstanda azərbaycanlıların yaşadığı bölgənin məktəblərində sanitar qovşağı yoxdur Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində yerləşən 192 məktəbin daxilində sanitar qovşaq yoxdur.
Diaspor
10 Mart , 2020 20:20
Gürcüstanda azərbaycanlıların yaşadığı bölgənin məktəblərində sanitar qovşağı yoxdur

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində yerləşən 192 məktəbin daxilində sanitar qovşaq yoxdur.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil və Elmi İnfrastrukturun İnkişafı Agentliyindən bildirilib.

Bölgədə sanitar-gigiyenik vəziyyətin ən acınacaqlı olduğu rayon Marneulidir. Rayonun 72 məktəbinin daxilində sanitar qovşağı yaradılmayıb. Bu cür məktəblər yalnız Marneulinin kəndlərində deyil, bələdiyyənin mərkəzində də mövcuddur.

Kvemo Kartli bölgəsinə daxil olan Bolnisi rayonunda bu cür məktəblərin sayı 32, Tetritskaroda 18, Dmanisidə 23, Qardabanidə 22, Tsalkada isə təxminən 25 təşkil edir.

Agentlik koronavirusun yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində sanitar qovşağı olmayan təhsil müəssisələrinin gigiyenik vasitələrlə təmin olunması üçün ümumi dəyəri 750 min lari olan tender elan edib. 

Qeyd edək ki, qonşu ölkədə bu günə qədər koronavirusa 15 yoluxma halı təsdiqlənib. Hazırda karantində 178, stasionar nəzarətdə isə 56 nəfər saxlanılır. 

Son xəbərlər

Orphus sistemi