Gürcüstanda azərbaycanlıların yaşadığı rayonun icra başçısı seçkilərinə ayrılan vəsait açıqlanıb

Gürcüstanda azərbaycanlıların yaşadığı rayonun icra başçısı seçkilərinə ayrılan vəsait açıqlanıb Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun icra başçısı seçkilərinə 39 427 lari (təqribən 15 min dollar) məbləğində vəsait xərclənəcək.
Diaspor
26 Mart , 2019 13:55
Gürcüstanda azərbaycanlıların yaşadığı rayonun icra başçısı seçkilərinə ayrılan vəsait açıqlanıb

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun icra başçısı seçkilərinə 39 427 lari (təqribən 15 min dollar) məbləğində vəsait xərclənəcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Gürcüstan hökuməti aralıq seçkilərə, ümumilikdə,4 466 910 lari (1,8 mln. dollara yaxın) məbləğində vəsait ayırıb.

May ayının 19-da baş tutacaq aralıq seçkilərdə Zuqdidi, Çiatura, Xulo, Zestafoni və Marneuli rayonlarına icra başçıları ilə yanaşı Saqareco, Axmeta, Adigeni, Ozurqeti, Çiatura, Tkibuli, Tsxaltubo və Zestafoni rayonlarının sakrebulolarına (yerli məşvərət orqanları) da deputatlar seçiləcək.

Qeyd edək ki, Marneuli rayonu icra başçısı vəzifəsinə bu günə qədər 2 namizəd irəli sürülüb. Bunlar hakim Gürcü Arzusu Partiyasının namizədi Zaur Darğallı və müxalif “Avropalı Gürcüstan” partiyasının namizədi Əhməd İmamquliyevdir. 

Son xəbərlər

Orphus sistemi