Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə alman əsgərlərinin qalıqları axtarılacaq

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə alman əsgərlərinin qalıqları axtarılacaq Gürcüstanın Kvemo Kartli bölgəsində II Dünya Müharibəsində ölən alman əsgərlərinin qalıqlarının axtarışı planlaşdırılıb.
Diaspor
134
14 Yanvar , 2020 17:19
Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə alman əsgərlərinin qalıqları axtarılacaq

Gürcüstanın Kvemo Kartli bölgəsində II Dünya Müharibəsində ölən alman əsgərlərinin qalıqlarının axtarışı planlaşdırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, tapılan qalıqlar hərbi qəbiristanlıqda yenidən dəfn olunacaq.

Qalıqların axtarışları ilə bağlı müvafiq qərarı Gürcüstan hökuməti yanvarın 8-də qəbul edib.

Gürcüstan və Almaniya arasında 1993-cü ildə imzalanmış saziş çərçivəsində axtarış işlərini Alman Savaş Məzarları Qoruma Birliyi həyata keçirəcək.

Qazıntı işləri Rustavi şəhərində torpaq sahəsində, Qardabani rayonunda Axali Samqori kəndi yaxınlığında, həmçinin Marneuli rayonunun azərbaycanlılar yaşayan Kəpənəkçi kəndi ərazisindəki kənd təsərrüfatı torpağında aparılacaq.

Axtarış işlərinə arxeoloqlar nəzarət edəcəklər. Almaniya tərəfi zərurət yaranacağı halda müvafiq texnikadan istifadə etməklə yanaşı, yerli sakinləri də işlərə cəlb edə biləcək. 

Son xəbərlər

Orphus sistemi