Gürcüstanda azərbaycanlı icra başçısı səlahiyyətlərinin icrasına başlayıb - YENİLƏNİB

Gürcüstanda azərbaycanlı icra başçısı səlahiyyətlərinin icrasına başlayıb - YENİLƏNİB Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun yeni seçilmiş icra başçısı Zaur Darğallı vəzifəsinin icrasına başlayıb.
Diaspor
10 İyun , 2019 10:36
Gürcüstanda azərbaycanlı icra başçısı səlahiyyətlərinin icrasına başlayıb - YENİLƏNİB
Zaur Darğallı

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun yeni seçilmiş icra başçısı Zaur Darğallı vəzifəsinin icrasına başlayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili iyunun 10-da Marneuli rayon bələdiyyəsində Z.Darğallı və digər rəhbər şəxslərlə görüş keçirib.

Qubernator Marneuli rayonunun yeni başçısına fəaliyyətində uğurlar arzu edib.

Toplantıda Z.Darğallı Marneulidə görüləcək işlərlə bağlı fəaliyyət planı barədə məlumat verib. 


*** 09:47

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun yeni seçilmiş icra başçısı Zaur Darğallı bu gündən vəzifə səlahiyyətlərinin icrasına başlayır.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, rayon rəhbəri Marneuli rayon bələdiyyəsinin kollektivinə təqdim olunacaq.

Xatırladaq ki, Marneulidə icra başçısı vəzifəsinə seçkilər mayın 19-da keçirilib. Z.Darğallı 78,6% səs toplayaraq seçkilərdə qələbə qazanıb. 

Son xəbərlər

Orphus sistemi