Gürcüstanda Azərbaycan dilində teledərslər yayımlanacaq

Gürcüstanda Azərbaycan dilində teledərslər yayımlanacaq Gürcüstanda martın 30-dan başlayaraq “Teleməktəb” təhsil layihəsi həyata keçiriləcək.
Diaspor
137
24 Mart , 2020 13:53
Gürcüstanda Azərbaycan dilində teledərslər yayımlanacaq
0 : 00
0 : 00

Gürcüstanda martın 30-dan başlayaraq “Teleməktəb” təhsil layihəsi həyata keçiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi məlumat yayıb.

Layihəyə əsasən, İctimai yayımçı vasitəsilə məktəb şagirdləri üçün bütün fənlər üzrə distant dərslər nümayiş etdiriləcək.

Birinci mərhələdə gürcü dili ilə yanaşı, Azərbaycan və erməni dili üzrə, daha sonra isə bu dillərdə digər fənlər üzrə də hazırlanan teledərslər yayımlanacaq.

Layihədə abituriyentlər üçün saat da nəzərdə tutulub. Mütəxəssislər abituriyentlərə vahid milli imtahanlar üzrə məsləhətlər tədqim edəcəklər.

Layihəyə şənbə və bazar günləri müxtəlif maarifləndirici və əyləncəli proqramlar da daxil ediləcək.

Qeyd edək ki, qonşu ölkədə koronavirusla bağlı bütün təhsil müəssisələrində aprelin 21-dək tətil elan olunub. Tədris prosesinin aprel ayının sonuna qədər bərpa olunmayacağı istisna edilmir. 

Son xəbərlər

Orphus sistemi