Gürcüstanda 18 yaşlı azərbaycanlı qız itkin düşüb

Gürcüstanda 18 yaşlı azərbaycanlı qız itkin düşüb Gürcüstanın Saqareco bələdiyyəsinin Ləmbəli kənd sakini olan 18 yaşlı azərbaycanlı Nərmin İsayeva itkin düşüb
Diaspor
148
12 Aprel , 2021 13:25
Gürcüstanda 18 yaşlı azərbaycanlı qız itkin düşüb

Gürcüstanın Saqareco bələdiyyəsinin Ləmbəli kənd sakini olan 18 yaşlı azərbaycanlı Nərmin İsayeva itkin düşüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Bildirilib ki, qız evi tərk etməsini anasına mesaj vasitəsilə bildirib, lakin səbəbini və hara getdiyini açıqlamayıb.

Ailə üzvlərinin sözlərinə görə, N.İsayeva 6 ay bundan öncə qonşu kənddə yaşayan gənclə nişanlanıb və toy yaxın günlərə planlaşdırılıb. Onlar qızın nişanlanmasına etiraz olaraq evdən qaçdığını istisna ediblər.

Valideynləri qızın başqa gənc tərəfindən qaçırıldığını ehtimal edirlər. Lakin hazırkı mərhələdə bunu sübut edən fakt yoxdur.

N.İsayevanın ailəsi məsələ ilə bağlı polisə müraciət edib.

Son xəbərlər

Orphus sistemi