Gürcüstan prezidenti Salome Zurabişvili ölkənin müsəlman vətəndaşlarını Novruz bayramı münasibətilə təbrik edib.
“Report”un yerli bürosu xəbər verir ki, dövlət başçısı təbrikini özünün “Facebook” səhifəsində yayıb.
“Müsəlman həmvətəndaşlarımızı Novruz bayramı münasibətilə təbrik edirik. Gəlin, hamımız virusa qalib gəlmək üçün evdə qalaq”, - S.Zurabişvili yazıb.