Gürcüstan əsilli Qarabağ şəhidlərinin xatirəsi yad edilib

Gürcüstan əsilli Qarabağ şəhidlərinin xatirəsi yad edilib Gürcüstanın Bolnisi rayonunun Babakişilər kəndində Qarabağ şəhidlərinin xatirəsi anılıb.
Diaspor
27 Sentyabr , 2021 18:47
Gürcüstan əsilli Qarabağ şəhidlərinin xatirəsi yad edilib
0 : 00
0 : 00

Gürcüstanın Bolnisi rayonunun Babakişilər kəndində Qarabağ şəhidlərinin xatirəsi anılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Azərbaycan səfirliyi məlumat yayıb.

Mərasimdə Azərbaycanın Gürcüstandakı hərbi attaşesi polkovnik-leytenant Fuad İbrahimov, səfirlik, SOCAR şirkətinin əməkdaşları, şəhidlərin yaxınları və kənd sakinləri iştirak ediblər.

Tədbir çərçivəsində I Qarabağ müharibəsində əslən Babakişilərdən olan şəhidlər Cəfərov Ruslan Elman oğlu, Gülməmmədov Ədalət Qədir oğlu, eləcə də Vətən müharibəsi şəhidi Əkbər Panahovun xatirəsinə quraşdırılmış xatirə lövhəsi ziyarət olunub, önünə səfirlik adından əklil qoyulub.

Son xəbərlər

Orphus sistemi