Gürcüstan azərbaycanlılarına koronavirusla bağlı müraciət olundu

Gürcüstan azərbaycanlılarına koronavirusla bağlı müraciət olundu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş infeksionist Amiran Qamkrelidze Kvemo Kartlidə (Borçalı) yaşayan azərbaycanlılara müraciət ünvanlayıb.
Diaspor
2 May , 2020 16:01
Gürcüstan azərbaycanlılarına koronavirusla bağlı müraciət olundu

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş infeksionist Amiran Qamkrelidze Kvemo Kartlidə (Borçalı) yaşayan azərbaycanlılara müraciət ünvanlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, o, həmvətəndaşlarını koronavirus infeksiyasının ciddiliyi barədə xəbərdarlıq edib.

A.Qamkrelidze deyib ki, bölgədə çox sayda etnik azərbaycanlılar yaşayır: “Onlara iki dildə koronavirusla bağlı məlumat çatdırılmalıdır ki, bu xəstəlik nə soyuqdəymə, nə də allergiyadır. Bu, ciddi infeksiyadır və artıq dünya əhalisinin 7 faizi bu xəstəlikdən ölüb”.

Mərkəz rəhbəri azərbaycanlı sakinləri gündəlik olaraq hərarətlərini ölçməyə çağırıb: “Marneuli sakinlərindən xahiş edirəm ki, yüksək temperaturları olan halda, mütləq həkimə müraciət etsinlər”.

Baş infeksionist bölgənin Bolnisi, Marneuli və Tetritskaro rayonlarında epidemioloji vəziyyətin ciddi narahatlıq doğurduğunu qeyd edib. 

Son xəbərlər

Orphus sistemi