Gürcüstan azərbaycanlıları diskriminasiyaya qarşı mübarizənin sərtləşdirilməsini dəstəkləyir

Gürcüstan azərbaycanlıları diskriminasiyaya qarşı mübarizənin sərtləşdirilməsini dəstəkləyir Gürcüstanda yaşayan azərbaycanlılar ölkədə milli mənsubiyyətə görə ayrı-seçkiliyə qarşı qanunvericiliyin sərtləşdirilməsini dəstəkləyir.
Diaspor
168
9 Mart , 2022 14:35
Gürcüstan azərbaycanlıları diskriminasiyaya qarşı mübarizənin sərtləşdirilməsini dəstəkləyir

Gürcüstanda yaşayan azərbaycanlılar ölkədə milli mənsubiyyətə görə ayrı-seçkiliyə qarşı qanunvericiliyin sərtləşdirilməsini dəstəkləyir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin (GAMK) sədri Əli Babayev keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, qanunun təkmilləşdirilməsinə böyük ehtiyac duyulur. Ə.Babayev qeyd edib ki, prosesə milli azlıq nümayəndələrinin də cəlb olunması yaxşı olardı.

GAMK sədri həmçinin qeyd edib ki, Gürcüstanda 700 mindən çox etnik azlıq nümayəndəsi yaşasa da, yerli telekanallar onlara demək olar heç yer vermirlər.

Qeyd edək ki, hakim Gürcü Arzusu Partiyasının təşəbbüsü ilə milli mənsubiyyətə görə diskriminasiya və millətlərarası ədavətin qızışdırılmasına qarşı qanun sərtləşdiriləcək. Parlamentə təqdim olunan qanun layihəsində ayrı-seçkiliyə görə cəzaların daha da ciddiləşdirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi