Gürcü mer azərbaycanlı qadını 100 illik yubileyi münasibətilə təbrik edib

Gürcü mer azərbaycanlı qadını 100 illik yubileyi münasibətilə təbrik edib Gürcüstanın Dmanisi rayonunun meri Giorgi Tatuaşvili Aşağı Orozman kənd sakini Sona Həsənovanı 100 illik yubileyi münasibətilə təbrik edib
Diaspor
18 May , 2021 13:03
Gürcü mer azərbaycanlı qadını 100 illik yubileyi münasibətilə təbrik edib

Gürcüstanın Dmanisi rayonunun meri Giorgi Tatuaşvili Aşağı Orozman kənd sakini Sona Həsənovanı 100 illik yubileyi münasibətilə təbrik edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə rayon bələdiyyəsi məlumat yayıb.

Mer bələdiyyə nümayəndələri ilə birgə azərbaycanlı qadının evinə baş çəkib və yubilyarı doğum günü münasibətilə təbrik edib. S.Həsənovaya gül dəstəsi və simvolik hədiyyələr təqdim olunub.

G.Tatuaşvili Dmanisinin 100 yaşlı sakininə cansağlığı və uzun ömür arzulayıb.

Son xəbərlər

Orphus sistemi