Londonda azərbaycanlıların iştirakı ilə “Gənc İnsan Sammiti”nə hazırlıq tədbiri təşkil edilib - FOTO - VİDEO

Londonda azərbaycanlıların iştirakı ilə “Gənc İnsan Sammiti”nə hazırlıq tədbiri təşkil edilib - FOTO - VİDEO London. 25 yanvar. REPORT.AZ/ Böyük Britaniyada Azərbaycanlı Qadınların Assosiasiyası və Human Fondu tərəfindən “Gənc İnsan Sammiti”nə hazırlıq tədbiri təşkil edilib.
Diaspor
25 Yanvar , 2019 09:01
Londonda azərbaycanlıların iştirakı ilə “Gənc İnsan Sammiti”nə hazırlıq tədbiri təşkil edilib - FOTO - VİDEO

London. 25 yanvar. REPORT.AZ/ Böyük Britaniyada Azərbaycanlı Qadınların Assosiasiyası və Human Fondu tərəfindən “Gənc İnsan Sammiti”nə hazırlıq tədbiri təşkil edilib.

“Report”un London bürosunun verdiyi xəbərə görə, Azərbaycanın Böyük Britaniyadakı səfirliyində baş tutan tədbirdə Londonda yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Gənc İnsan Sammitinin həmsədri Nuriyyə Quliyeva 2019-cu ilin oktyabrında Bakıda keçiriləcək tədbir haqqında məlumat verib. O bildirib ki, sammit təhsil, insan kapitalı və innovasiyaların əlaqəsi, onların müasir dövrdə texnologiyalardakı yeniliklər nəticəsində qarşılıqlı təsiri və bir-birini tamamlaması mövzularına həsr olunub. N. Quliyeva ölkə daxilində keçirilən bu cür tədbirlərin önəminə toxunub. 

Qeyd edək ki, Nuriyyə Quliyeva Çeveninq Təqaüd Proqramının qalibi olaraq King’s College Londonda Beynəlxalq Münaqişə Elmləri ixtisası üzrə magistratura dərəcəsi alıb. O, gənc və sosial işçi kimi yerli və beynəlxalq təşkilatlarda işləyərkən çoxsaylı beynəlxalq tədbirlərin və layihələrinin təşkil olunmasında iştirak edib.

Aytən Abbaslı 

Son xəbərlər

Orphus sistemi