GAİM Gürcüstanda 500 aztəminatlı ailəyə ərzaq yardımı göstərib

GAİM Gürcüstanda 500 aztəminatlı ailəyə ərzaq yardımı göstərib Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) koronavirus pandemiyası dövründə ölkədə aztəminatlı ailələrə yardımı davam etdirir.
Diaspor
246
4 May , 2020 16:35
GAİM Gürcüstanda 500 aztəminatlı ailəyə ərzaq yardımı göstərib

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) koronavirus pandemiyası dövründə ölkədə aztəminatlı ailələrə yardımı davam etdirir.

“Report”un yerli bürosu xəbər verir ki, Mərkəz bu dəfə Telavi rayonunun Qaracalar kəndində yaşayan 100 azərbaycanlı aztəminatlı ailəyə ərzaq bağlamaları çatdırıb.

GAİM rəhbərliyi Telavi rayonunun icra başçısı Şota Nareklişviliyə məktub ünvanlayaraq humanitar aksiya barədə məlumat verib. Qida məhsullarının paylanılması kənd məscidi vasitəsilə həyata keçirilib.

Məscidin rəhbəri Veysəl Orucov GAİM-ə təşəkkürunu bildirib.

Qeyd edək ki, GAİM bundan öncə Bolnisinin 150, Marneulinin 250 sosial təminatsız ailəsinə ərzaq yardımı göstərib.

Mərkəz 2019-cu il aprelin 3-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə Marneulidə fəaliyyətə başlayıb.

Son xəbərlər

Orphus sistemi