Fuad Muradov: “Tezliklə böyük bir layihənin nəticəsini açıqlayacağıq” - EKSKLÜZİV

Fuad Muradov: “Tezliklə böyük bir layihənin nəticəsini açıqlayacağıq” - EKSKLÜZİV Ankara. 10 noyabr. REPORT.AZ/ “Xaricdə yaşayan azərbaycanlılar hər zaman bilməlidilər ki, bütün dövrlərdə olduğu kimi, bu gün də Azərbaycan dövləti onların yanındadır.
Diaspor
1309
10 Noyabr , 2018 10:19
Fuad Muradov: “Tezliklə böyük bir layihənin nəticəsini açıqlayacağıq” - EKSKLÜZİV

Ankara. 10 noyabr. REPORT.AZ/ “Xaricdə yaşayan azərbaycanlılar hər zaman bilməlidilər ki, bütün dövrlərdə olduğu kimi, bu gün də Azərbaycan dövləti onların yanındadır". 

Bunu “Report”un Türkiyə bürosuna müsahibəsində Ankarada səfərdə olan Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.

“Ulu öndər Heydər Əliyev tərəfindən diaspor fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində hələ Sovet İttifaqı zamanı böyük işlərə imza atılıb. Hələ o vaxt belə bir istiqamət vardı ki, xaricdə yaşayan azərbaycanlıların öz ölkəsini təmsil etməsində, yaşadığı ölkədə gedən proseslərdə müəyyən qədər iştirak etməsində onların gündəlik qayğılarıyla bağlı müəyyən problemlərin həlli istiqamətində dövlətin yanaşması və dəstəyi olsun. Bu gün də cənab Prezident İlham Əliyev tərəfindən qarşımıza qoyulan əsas məqsəd ondan ibarətdir ki, xarici ölkələrdə yaşayan Azərbaycanlılar ürəklərində, hislərində, düşüncələrində hər zaman bu dəstəyi hiss etsinlər. Diaspor Komitəsi xarici ölkələrdə yaşayan həmvətənlərimizlə mütəmadi olaraq bir araya gəlib, onlarla həmsöbət halındadır və komitə vətəndə uzaqda yaşayan həmvətənlərimizlə bütün məsələlərdə əməkdaşlığa hazıdır. Onlar özləri müəyyənləşdirməlidir ki, hansı istiqamətdə onlar Azərbaycan dövlətində dəstək gözləyir və özləri qərar verməlidirlər ki, Azərbaycanda gedən proseslərdə hansı səviyyədə iştirak etmək istəyirlər. Əgər onların bizdən istəkləri olarsa, təklifləri, fikirləri varsa, o zaman biz onları dəstəkləməyə və onlarla işləmə hər zaman hazırıq”, - komitə sədri bildirib.

Fuad Muradov Azərbaycan həqiqətlərini dünyaya çatdırılması üçün xarici ölkələrdə yaşayan həmvətənlərimizin dəstəyinin vacibliyini də vurğulayıb: “ Bu gün bizim diaspor fəaliyyətimiz həyata keçirilən tədbirlər və layihələrlə çərçivəsində deyil. Bu çoxşaxəli işdir. Bizim strateji olaraq müstəqil Azərbaycan dövləti kimi bütün dünyadan yaşayan həmvətənlərimizdən bir çağırışımız var. Cənab prezident bütün çıxışlarında, beynəlxalq səviyyədə həyata keçirilən layihələrdə bu çağırışı vurğulayır. Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır. Harada yaşamağından asılı olmayaraq hər bir azərbaycanlı üçün bu, əsas məsələ olmalıdır. Xaricdəki azərbaycanlılardan kim hansı istiqamətdə dəstəyini ifadə edə bilirsə, o istiqamətdə də fəaliyyətini davam etdirməlidir. Biz isə bu sahədə axıra qədər dəstəyimizi əsirgəməyəcəyik. Bu iş davam olunacaq. Biz tezliklə böyük bir layihənin nəticəsini açıqlayacağıq”.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi