Fuad Muradov Azərbaycan səfirliklərinin hücuma məruz qalmasına münasibət bildirib

Fuad Muradov Azərbaycan səfirliklərinin hücuma məruz qalmasına münasibət bildirib "Hesab edirəm ki, erməni təxribatı baş verən ölkələr buna çox sərt reaksiyalar verməlidir".
Diaspor
27 Sentyabr , 2022 11:27
Fuad Muradov Azərbaycan səfirliklərinin hücuma məruz qalmasına münasibət bildirib
Fuad Muradov

"Hesab edirəm ki, erməni təxribatı baş verən ölkələr buna çox sərt reaksiyalar verməlidir".

"Report"un xəbərinə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan səfirliklərinin diplomatik korpuslarının hücuma məruz qalmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, vəhşilikləri uzun illər Fransada yaşayan və fəaliyyət göstərən erməni icması həyata keçirib: "Azərbaycan diasporu fəaliyyət göstərdiyi ölkələrdə qeyri-qanuni işlərlə məşğul deyil. Bizim sadəcə üç həftə ərzində 40-dan çox dinc aksiya və yürüşlərimiz baş tutub".

Xatırladaq ki, son günlər bir qrup erməni radikalları Azərbaycanın Fransa, Livan və Gürcüstandakı səfirliklərinə basqın ediblər.

Son xəbərlər

Orphus sistemi