Bakı. 14 may. REPORT.AZ/ Türkiyədə təhsil alan 160 ölkədən olan 80 min tələbənin iştirakı ilə VIII beynəlxalq tələbə festivalı təşkil edilib. Azərbaycanın
Festival zamanı azərbaycanlı tələbələrin ifasında milli musiqi və rəqslər tədbir iştirakçılarının böyük marağına səbəb olub. Eyni zamanda dərnəyin Azərbaycan stendində yazıçı Ali Ekincielin "Qarabağ gündəliyi" kitabının təqdimatı keçirilib.
Qeyd edək ki, beynəlxalq tələbə festivalı Beynəlxalq Tələbə Təşkilatları Federasiyası və Türkiyə Gənclik Vəqfinin birgə təşkilatçılığı ilə 2012-ci ildən etibarən mütəmadi olaraq keçirilir. Festivalın məqsədi Türkiyənin müxtəlif universitetlərində təhsil alan xarici tələbələrin təşkilatçılıq qabiliyyətini inkişaf etdirmək, onların arasında birlik və həmrəyliyi gücləndirmək, əcnəbi tələbələrin öz mədəniyyətini tanıtması üçün imkanlar yaratmaqdır.

