Dünya çempionu Ramil Quliyev İstanbulda Azərbaycan-Türkiyə Dərnəyini ziyarət edib

Dünya çempionu Ramil Quliyev İstanbulda Azərbaycan-Türkiyə Dərnəyini ziyarət edib Ramil Quliyev dərnəyin “Fəxri qonağ”ı adına layiq görülüb
Diaspor
14 Oktyabr , 2017 10:44
Dünya çempionu Ramil Quliyev İstanbulda Azərbaycan-Türkiyə Dərnəyini ziyarət edib

İstanbul. 14 oktyabr. REPORT.AZ/ Londonda keçirilən Dünya Çempionatında 200 metr məsafəyə qaçış yarışlarında Türkiyənin ilk atletika üzrə qızıl medalını qazanan azərbaycanlı atlet Ramil Quliyev İstanbulda Azərbaycan-Türkiyə Dərnəyini (İSTAD) ziyarət edib. 

"Report"un Türkiyə bürosu xəbər verir ki, təmsil etdiyi “Fənərbaxça” idman kulubunun rəsmiləri ilə dərnəyə gələn atlet İstanbulda yaşayan həmvətənlərimizlə görüşüb, onlarla xatirə şəkili çəkdirib. 

 R.Quliyev İSTAD-ın rəhbəri Səfər Qaraqoyunlunun müşayəti ilə dərnəklə yaxından tanış olub. Həmvətənlərimiz qarşısında çıxış edən atlet qazandığı uğuru Azərbaycan-Türkiyə qardaşlığına ən böyük mükafat kimi dəyərləndirib, hər iki ölkənin bayraqları ilə qələbə sevincini yaşamağın onun üçün əvəzolunmaz anlar olduğunu bildirib. Ölkə başçıları - Prezident İlham Əliyevə və Rəcəp Tayyip Ərdoğana səmimi təbriklərinə görə təşəkkür edən həmyerlimiz, daha sonra vətəninə olan sevgisindən danışdı: “Mən idmana ilk addımlarımı Azərbaycanda atmışam. Vətənimi heç vaxt unutmaram. Təmsil etdiyim ölkə də mənim vətənimdir. Hər iki ölkənin liderlərinin mənə göstərdiyi etimadı bundan sonra da doğrultmağa çalışacağam”.

Görüşdə Azərbaycan-Türkiyə Dərnəyinin fəaliyyətinə uğurlar arzulayan R.Quliyev dərnəyin “Fəxri qonağ”ı adına layiq görüldü.

Sonda atlet İSTAD-nin rəhbəri Səfər Qaraqoyunluya “Fənərbaxça” idman kulubunun milli formasını hədiyyə etdi.

Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi