Dövlət Komitəsinin koronavirusa yoluxan əməkdaşından biri sağalıb

Dövlət Komitəsinin koronavirusa yoluxan əməkdaşından biri sağalıb
Diaspor
263
24 İyun , 2020 09:53
Dövlət Komitəsinin koronavirusa yoluxan əməkdaşından biri sağalıb

“Diasporla İş üzrə Dövlət Komitəsinin koronavirusa yoluxub xəstəxanaya yerləşdirilən iki əməkdaşından biri sağalıb və artıq evindədir”.

“Report” xəbər verir ki, bu barədə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı məlumat verib.

O bildirib ki, komitənin digər əməkdaşının vəziyyəti yaxşıdır və yaxın günlərdə xəstəxanadan evə buraxılacağı gözlənilir: “Hər kəsə can sağlığı arzu edirik və peşəkar həkimlərimizə minnətdarıq”.