Diaspor Komitəsinin sədri "YAŞAT" marafonundan danışıb

Diaspor Komitəsinin sədri "YAŞAT" marafonundan danışıb "Vətən müharibəsi dövründə xaricdə fəaliyyət göstərən diaspor təşkilatları yardım üçün daim müraciət edirdilər. Bu səbəbdən "YAŞAT" marafonu təşkil etdik və 63 ölkədən soydaşlarımız marafona qoşuldu".
Diaspor
8 Dekabr , 2021 13:23
Diaspor Komitəsinin sədri YAŞAT marafonundan danışıb
Fuad Muradov

"Vətən müharibəsi dövründə xaricdə fəaliyyət göstərən diaspor təşkilatları yardım üçün daim müraciət edirdilər. Bu səbəbdən "YAŞAT" marafonu təşkil etdik və 63 ölkədən soydaşlarımız marafona qoşuldu".

"Report" xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov "YAŞAT" Fondunun bir illik fəaliyyətinə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, marafon zamanı yalnız bir günə 1 milyon manatdan artıq vəsait toplanıb və "YAŞAT" Fonduna köçürülüb: "Üç ay ərzində isə 3 milyon manatdan çox vəsait toplandı. ABŞ-dan isə 200 min dollar ianə toplanılmışdı. Rusiyadan 30 min dollar dəyərində 2 ədəd "Dermaton" cərrahiyyə aparatı, 92 ədəd İlizarov aparatı və 566 əlil arabası göndərilmişdi".

Son xəbərlər

Orphus sistemi