Diaspor gəncləri Ermənistanın cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

Diaspor gəncləri Ermənistanın cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib Azərbaycan Diaspor Gəncləri Şəbəkəsi və diaspor gənclər təşkilatlarının birgə təşəbbüsü əsasında II Qarabağ savaşı zamanı Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri ilə bağlı bəyanat qəbul edilib.
Diaspor
20 Oktyabr , 2021 16:23
Diaspor gəncləri Ermənistanın cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

Azərbaycan Diaspor Gəncləri Şəbəkəsi və diaspor gənclər təşkilatlarının birgə təşəbbüsü əsasında II Qarabağ savaşı zamanı Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri ilə bağlı bəyanat qəbul edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, bəyanatda bildirilib ki, ötən ilin oktyabr ayında Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişinə əsasən, Azərbaycanın cəbhə xəttindən kənarda yerləşən Gəncə və Bərdə şəhərlərinə ballistik raketlərlə dəhşətli zərbələr endirilib.

Bəşəri dəyərlərə və beynəlxalq konvensiyalara zidd olan bu amansız cinayətlər nəticəsində mülki azərbaycanlılar həlak olub və yaralanıb, mülki infrastruktura ciddi ziyan dəyib. Qeyd edilib ki, Ermənistan silahlı qüvvələri ölkəmizin Mingəçevir, Naftalan, Goranboy, Tərtər şəhərlərini, Ağdam və Xızı rayonlarını intensiv şəkildə atəş altında saxlamaqla ağır müharibə cinayətlərinə yol verib.

Azərbaycan Diaspor Gənclər Şəbəkəsi, Norveç-Azərbaycan Gənclər Təşkilatı, Mədəniyyətlərarası əlaqələr üçün Gənclər Birliyi, Azərbaycan-İtaliya Gənclər Assosiasiyası, Litva-Azərbaycan Gənclər Təşkilatı, Polşadakı Azərbaycan Evi, Xəzər Araşdırmalar Mərkəzi, Azərbaycan-Macarıstan Gənclər Birliyi, Azər-Türk Gənclər Təşkilatı, “İRS” Estoniya-Azərbaycan Gənclər Mərkəzi, Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası, Şimali Amerika-Azərbaycan Gənclər Təşkilatı, Kipr-Azərbaycan Diaspor Mərkəzi, “Sankt-Peterburq Azərbaycan Milli-Mədəni Muxtariyyəti” nəzdindəki Azərbaycan Gəncləri Birliyi, “Azərbaycan İcmaları Konqresi” nəzdindəki Azərbaycan Gənclər Təşkilatı, Ukrayna Azərbaycanlı Gənclər Radası adından qəbul edilmiş bəyanat beynəlxalq təşkilatlara göndərilib.

Son xəbərlər

Orphus sistemi