Dayton razılaşmasından keçən 20 il ərzində Balkan regionunda problemlər və onların həlli yolları müzakirə edilib

Dayton razılaşmasından keçən 20 il ərzində Balkan regionunda problemlər və onların həlli yolları müzakirə edilib Bosniya və Herseqovinada beynəlxalq forum keçirilib
Diaspor
10 Noyabr , 2015 14:35
Dayton razılaşmasından keçən 20 il ərzində Balkan regionunda problemlər və onların həlli yolları müzakirə edilib

Bakı. 10 noyabr. REPORT.AZ/ Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə Bosniya və Herseqovinada beynəlxalq forum keçirilib. "Report" xəbər verir ki, bu barədə DİDK-nin mətbuat xidməti məlumat yayıb.

Bosniya və Herseqovinanın sabiq baş nazir Zlatko Laqumciyanın rəhbərlik etdiyi “Müştərək Cəmiyyətlər və Dəyərlər” təşkilatının paytaxt Sarayevoda keçirdiyi "Gələcəyə baxış - Dayton razılaşmasından 20 il sonra" adlı foruma Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri də qatılıb.

Tədbirin iştirakçıları Dayton razılaşmasından keçən iyirmi il ərzində Balkan regionunda, xüsusilə də Bosniya və Herseqovinada baş vermiş proseslər, problemlər və onların həlli yollarını müzakirə edib. Müzakirələrdə Niderland Krallığının sabiq Baş naziri Vim Kok, Avstriyanın sabiq kansleri Alfred Güsenbauer, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumciya və bu ölkənin rəsmiləri, diplomatik korpus nümayəndələri iştirak edib.

Forum çərçivəsində 2016-cı ilin mart ayında təşkil olunacaq IV Qlobal Bakı Forumuna hazırlıq məqsədilə bir sıra görüşlər keçirilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradovu qəbul edən Bosniya və Herseqovinanın Prezidenti Mladen İvaniç Qlobal Bakı Forumuna hazırlıq prosesi barədə məlumat alıb. Görüş zamanı R.Muradov forumda iştirakla bağlı Mərkəzin həmsədrləri adından rəsmi dəvət məktubunu M.İvaniçə təqdim edib. M.İvaniç dəvəti qəbul etdiyini bildirib və Bosniya və Herseqovinada da ali səviyyəli toplantının keçirilməsini təklif edib.

Qeyd edək ki, Bosniya və Herseqovina Prezidenti Dövlət Komitəsi və Mərkəzin dəstəyi ilə bu il oktyabrın 8-9-da Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş ali səviyyəli toplantıda da iştirak edib. 

Son xəbərlər

Orphus sistemi