Böyük Britaniyada 6 bina Azərbaycan bayrağının rənglərinə boyanıb

Böyük Britaniyada 6 bina Azərbaycan bayrağının rənglərinə boyanıb Böyük Britaniyanın paytaxtı London şəhərindəki 6 bina 8 noyabr – Zəfər Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Diaspor
9 Noyabr , 2021 18:23
Böyük Britaniyada 6 bina Azərbaycan bayrağının rənglərinə boyanıb

Böyük Britaniyanın paytaxtı London şəhərindəki 6 bina 8 noyabr – Zəfər Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, komitənin dəstəyi və Birləşmiş Krallıqda fəaliyyət göstərən “Natavan Group”un təşkilatçılığı ilə Londonun Oksford küçəsindəki “John Lewis” binası, “Soho” ərazisində, “London Eye” ərazisində , “South bank” ərazisində “Covent Garden” ərazisində və “Knightbridge” ərazisindəki binalar üçrəngli bayrağımızın rənglərinə boyanıb.

London vaxtı ilə saat 19:00-dan başlayan işıqlandırma mərasimi saat 01:00-a kimi davam edib.

Son xəbərlər

Orphus sistemi