​Bosniya və Herseqovinanın sabiq Baş nazirindən Azərbaycana dəstək ifadə olunub

​Bosniya və Herseqovinanın sabiq Baş nazirindən Azərbaycana dəstək ifadə olunub Səhifədə “Biz sizinləyik” yazısı və Azərbaycanda sülhə dəstək həştaqı paylaşılıb
Diaspor
2856
4 Aprel , 2016 11:59
​Bosniya və Herseqovinanın sabiq Baş nazirindən Azərbaycana dəstək ifadə olunub

Bakı 4 aprel. REPORT.AZ/ Bosniya və Herseqovinanın “Müştərək cəmiyyətlər və dəyərlər” Fondunun rəsmi "twitter" səhifəsində Azərbaycana dəstək ifadə olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səhifədə Azərbaycanın dövlət bayrağının əks olduğu şəklin üzərində “Biz sizinləyik” yazısı və Azərbaycanda sülhə dəstək həştaqı (#peace #support #Azerbaijan) paylaşılıb.

Qeyd edək ki, Bosniya və Herseqovinanın “Müştərək cəmiyyətlər və dəyərlər” Fondu 2014-cü ildə Sarayevoda Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Lagumdzija tərəfindən təsis olunmuş qeyri-hökumət təşkilatıdır.

Bosniya və Herseqovinanın sabiq baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Zlatko Lagumdzija cari ildə 10-11 mart tarixində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə ölkəmizdə keçirilmiş IV Qlobal Bakı Forumunda iştirak edib.

Son xəbərlər

Orphus sistemi