Belçikanın Ham şəhərində Qarabağ Atı abidəsinin açılışı olub

Belçikanın Ham şəhərində Qarabağ Atı abidəsinin açılışı olub Açılış tədbiri çərçivəsində habelə Azərbaycanla bağlı film nümayiş etdirilib
Diaspor
26 Mart , 2017 16:42
Belçikanın Ham şəhərində Qarabağ Atı abidəsinin açılışı olub

Bakı. 26 mart. REPORT.AZ/ 2017-ci il martın 25-də Belçikanın Ham şəhərində Qarabağ Atı abidəsinin açılışı keçirilib.

Azərbaycanın Belçika və Lüksemburqdakı Səfirliyindən "Report"a verilən məlumata görə, Azərbaycan Respublikası Atçılıq Federasiyasının

dəstəyi ilə ərsəyə gətirilmiş abidə Azərbaycan-Belçika Dostluq Cəmiyyəti tərəfindən Ham bələdiyyəsinə həddiyyə edilib və şəhərin mərkəzi

meydanında ucaldılıb.

Açılış tədbirində çıxış edən Ham şəhərinin meri Dirk De Vis ötən əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik respublika qurmuş Azərbaycanın bu gün Belçika ilə sıx əməkdaşlıq əlaqələrinə malik olduğunu qeyd edib, öz müstəsna keyfiyyətlərinə görə bütün dünyada məşhur olan Qarabağ Atı ilə bağlı bu abidənin Ham şəhərində qoyulmasının iki xalq arasındakı dostluğun rəmzi olduğunu bildirib. 

Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi öz çıxışında Ham şəhəri bələdiyyəsinin beynəlxalq əməkdaşlığa açıqlığını yüksək

qiymətləndirib, Belçikanın Azərbaycanlı icmasının hər zaman iki ölkəni və xalqı daha da yaxınlaşdırmaq üçün səylər göstərdiyini xatırlatmış, sözügedən abidənin ucaldılmasının bu yönümdə xüsusilə əlamətdar hadisə olduğunu diqqətə çatdırıb.

Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov isə öz çıxışında, Azərbaycanın Ham şəhəri ilə qurduğu uğurlu əməkdaşlığın mədəniyyət və dinlərarası dialoqun ən gözəl nümunəsi olduğunu qeyd edib, bunun, təlatümlərlə zəngin bu günki dünyada  izlənilməsi vacib olan müsbət təcrübə kimi çıxış edə biləcəyini söyləyib. Açılış tədbiri çərçivəsində habelə Azərbaycanla bağlı film nümayiş etdirilib, eləcə də Ham şəhəri sakinləri üçün Novruz şənliyi təşkil edilib.

Tədbir Belçika KİV-ləri tərəfindən işıqlandırılıb.

Son xəbərlər

Orphus sistemi