Azərbaycanlıların yaşadığı kəndin körpüsü qəzalı vəziyyətdədir

Azərbaycanlıların yaşadığı kəndin körpüsü qəzalı vəziyyətdədir Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Darbaz kəndinə aparan yolun üzərindəki körpü qəzalı vəziyyətə düşüb.
Diaspor
131
5 Mart , 2020 16:34
Azərbaycanlıların yaşadığı kəndin körpüsü qəzalı vəziyyətdədir

Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Darbaz kəndinə aparan yolun üzərindəki körpü qəzalı vəziyyətə düşüb.

“Report”un yerli bürosu xəbər verir ki, məsələ ilə bağlı kənd sakinləri rayondan olan majoritar deputat Qoqita Meşvelianiyə müraciət ediblər.

Parlament üzvünün xahişi əsasında Bolnisi rayon rəhbərinin birinci müavini Buba Qobecişvili və bələdiyyənin İnfrastruktur xidmətinin əməkdaşı Konstantin Kordzadze körpüyə baxış keçiriblər.

Müəyyən olunub ki, körpünün divarı uçub və bu da nəqliyyat vasitələrinin hərəkətinə çətinliklər yaradır.

Q.Meşveliani bildirib ki, körpü bərpa ediləcək və yolda nəqliyyatın təhlükəsiz hərəkəti təmin olunacaq.

Darbaz kənd sakini Naşir Orduxan “Report”un yerli bürosuna bildirib ki, qəzalı vəziyyətdə olan körpüyə “Xıdıroğlu” körpüsü deyilir. Onun sözlərinə görə, körpünün illərdir bərpaya ehtiyacı var: “Körpünün qəzalı olması və yol üzərində heç bir nişanın quraşdırılmamasına görə dəfələrlə, hətta bir neçə şəxsin ölümü ilə nəticələnən ağır yol qəzaları baş verib”.

Son xəbərlər

Orphus sistemi