Azərbaycanlılar Tbilisidə qələbə avtoyürüşü keçiriblər

Azərbaycanlılar Tbilisidə qələbə avtoyürüşü keçiriblər Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycanın tarixi qələbəsi avtoyürüşlə qeyd olunub.
Diaspor
10 Noyabr , 2020 16:00
Azərbaycanlılar Tbilisidə qələbə avtoyürüşü keçiriblər
0 : 00
0 : 00

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycanın tarixi qələbəsi avtoyürüşlə qeyd olunub.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycan bayrağı ilə bəzədilmiş avtomobillər ölkənin Gürcüstandakı səfirliyinin binası qarşısından hərəkətə başlayıblar.

Tbilisinin Azadlıq meydanı, mərkəzi küçə və prospektləri ilə şütüyən yürüş iştirakçıları “Yaşasın Azərbaycan!”, “Yaşasın Azərbaycan-Türkiyə- Gürcüstan qardaşlığı!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ Azərbaycandır!” şüarlarını səsləndiriblər.

Avtoyürüş AZƏRTAC-ın təşəbbüsü ilə baş tutub.

Son xəbərlər

Orphus sistemi