Stokholmda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib

Stokholmda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib İsveçdə yaşayan azərbaycanlılar paytaxt Stokholm şəhərində Ermənistanın iyulun 12-dən başlayaraq Azərbaycanla sərhəddə,Tovuz rayonunda törətdiyi hərbi təxribatlara etiraz olaraq aksiya keçiriblər.
Diaspor
2061
21 İyul , 2020 19:35
Stokholmda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib

İsveçdə yaşayan azərbaycanlılar paytaxt Stokholm şəhərində etiraz aksiyası keçiriblər. 

"Report" xəbər verir ki, tədbirdə Ermənistanın iyulun 12-dən başlayaraq Azərbaycanla sərhəddə, Tovuz rayonunda törətdiyi hərbi təxribatlar pislənilib. 

Soydaşlarımız "Əsgər marşını" oxuyub, Azərbaycan və İsveç dillərində şüarlar səsləndiriblər. 

Aksiya "Qarabağ şikəstəsi"nin ifası ilə başa çatıb. 

18:22

İsveçdə yaşayan azərbaycanlılar paytaxt Stokholm şəhərində Ermənistanın iyulun 12-dən başlayaraq Azərbaycanla sərhəddə, Tovuz rayonunda törətdiyi hərbi təxribatlara etiraz olaraq aksiya keçiriblər. 

"Report" xəbər verir ki, tədbir İsveç Azərbaycan Birliyi tərəfindən "Bir olaq!" devizi altında təşkil olunub. 

Onlar əllərində Azərbaycan, Türkiyə və İsveç bayraqları, müxtəlif şüarlar yazılmış plakatlar tutublar.

Son xəbərlər

Orphus sistemi