​Azərbaycanlılar Sevastopolda hərbçilərimizin abidəsini təhqir edənləri cəzalandırmağı tələb edir

​Azərbaycanlılar Sevastopolda hərbçilərimizin abidəsini təhqir edənləri cəzalandırmağı tələb edir "Bu cür hərəkətləri cəzasız qoymaq olmaz"
Diaspor
9 İyul , 2015 05:50
​Azərbaycanlılar Sevastopolda hərbçilərimizin abidəsini təhqir edənləri cəzalandırmağı tələb edir

Bakı. 9 İyul. REPORT.AZ/ Krım Azərbaycanlıları İcması Sapun-qora təpəsində Azərbaycan hərbçilərinə qoyulan abidə üzərində vandalizm faktı üzrə cinayət işinin qaldırılmasına dair sorğu ilə Daxili İşlər Nazirliyinin Sevastopol şəhəri üzrə İdarəsinə müraciət edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan İcmasının rəhbəri Rəhim Hümbətov məlumat verib.

İcma rəhbəri müraciətində 9 May - Qələbə günü ərəfəsində şəhərin işğalçılardan azad edilməsi uğrunda döyüşlərdə fəal iştirak edən azərbaycanlı hərbçilərin xatirəsinə Sevastopolda ucaldılan abidənin təhqir olunması faktı ilə bağlı cinayət işinin qaldırılıb-qaldırılmaması ilə bağlı məlumat verilməsini xahiş edib.

"Əgər cinayət işi hələ də, qaldırılmayıbsa, o zaman, hökmən qaldırılmalıdır, çünki belə hərəkətlər cəzasız qalmamalıdır", - deyə Rəhim Hümbətov qeyd edib.

Eyni tərkibli müraciət Sevastopol Prokurorluğuna da göndərilib.

Xatırladaq ki, Azərbaycan hərbçilərinə ucaldılan abidə 9 May ərəfəsində vandallar tərəfindən üzərinə nalayiq sözlər yazılaraq təhqir edilib.

Son xəbərlər

Orphus sistemi