Qubernator: “Azərbaycanlılar Gürcüstanın güclənməsinə əhəmiyyətli töhfələr verir”

Qubernator: “Azərbaycanlılar Gürcüstanın güclənməsinə əhəmiyyətli töhfələr verir” “Əməksevərliyiniz ilə ölkənin iqtisadi cəhətdən güclənməsinə, siyasi və ictimai həyatına verdiyiniz töhfələr əhəmiyyətli dərəcədə böyükdür”.
Diaspor
21 Mart , 2020 13:05
Qubernator: “Azərbaycanlılar Gürcüstanın güclənməsinə əhəmiyyətli töhfələr verir”

“Əməksevərliyiniz ilə ölkənin iqtisadi cəhətdən güclənməsinə, siyasi və ictimai həyatına verdiyiniz töhfələr əhəmiyyətli dərəcədə böyükdür”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili Novruz bayramı münasibətilə yerli azərbaycanlılara ünvanladığı təbrikində bildirib.

O, hamıya sağlamlıq və uğurlar diləyib: “Bizi bir vətənə məhəbbət və onun daha yaxşı gələcəyi üçün qayğı birləşdirir. Dostluğumuz uzun əsrlər davam edir və tarixdə bunun bir çox möhtəşəm nümunələri var. Ənənəyə çevrilmiş qardaşlıq, birlik və tolerantlıq, xüsusilə Kvemo Kartlidə - xalqlararası inteqrasiya və dinc inkişafın dönməz prosesə çevrildiyi regionda hiss olunur”.

Qubernator qeyd edib ki, Gürcüstanın yüksək vəzifəli rəsmi şəxsləri hər il ənənəvi olaraq məhz Kvemo Kartli bölgəsində ictimaiyyəti Novruz bayramı münasibətilə təbrik ediblər: “Lakin bu il ilk dəfə olaraq dünyada yaranmış vəziyyətdən və yüksək ictimai məsuliyyətdən irəli gələrək bu bayramı fərqli formada qeyd edirik. Hər birinizdən xahiş edirəm ki, koronavirus infeksiyasının qarşısını ala bilmək üçün Ümumdünya Səhiyyə Təşkilatı və hökumətin hazırladığı tövsiyələri maksimal şəkildə nəzərə alasınız”.

Son xəbərlər

Orphus sistemi