Azərbaycanlılar Ermənistanın ABŞ-dakı səfirliyinin qarşısında aksiya keçiriblər

Azərbaycanlılar Ermənistanın ABŞ-dakı səfirliyinin qarşısında aksiya keçiriblər ABŞ-dakı Azərbaycan icmaları Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirir.
Diaspor
1046
20 İyul , 2020 20:10
Azərbaycanlılar Ermənistanın ABŞ-dakı səfirliyinin qarşısında aksiya keçiriblər

ABŞ-ın müxtəlif ştatlarında yaşayan azərbaycanlılar Ermənistanın Vaşinqtondakı səfirliyinin binasının qarşısınadək yürüş-mitinq keçiriblər. 

"Report"un xüsusi müxbiri xəbər verir ki, yüzlərlə soydaşımız Ermənistanın Azərbaycanla sərhəddə, Tovuz rayonunda törətdiyi hərbi təxribatları pisləyib. 

Yarım saat davam edən yürüş zamanı "Əsgər marşı" səsləndirilib, "Qarabağ Azərbaycanındır!", "Şəhidlər ölməz, Vətən bölünməz!", "General Həşimov!", "Qarabağ bizimdir, bizim olacaq!", "Stop Armenian agression!", "Justice for Karabakh!", "Karabakh is Azerbaijan!" və s. şüarlar səsləndiriblər.

Tədbir Ermənistan səfirliyinin binası qarşısında aksiya ilə başa çatıb.


*** 18:24

ABŞ-dakı Azərbaycan icmaları Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirir. 

"Report"un xüsusi müxbiri xəbər verir ki, ABŞ-ın müxtəlif ştatlarında yaşayan azərbaycanlılar Ermənistanın Azərbaycanla sərhəddə, Tovuz rayonunda törətdiyi hərbi təxribatlara etiraz edirlər. 

Soydaşlarımız əllərində Azərbaycan, Türkiyə və ABŞ bayraqları, ingilis dilində şüarlar yazılmış və şəhidlərin rəsmi olan plakatlarla səfirliyin binasına doğru yürüş keçiriblər. Onlar "Qarabağ Azərbaycanındır!", "Şəhidlər ölməz, Vətən bölünməz!", "General Həşimov!", "Stop Armenian agression!" və s. şüarlar səsləndirirlər.

Son xəbərlər

Orphus sistemi