Azərbaycanlı qadın Gürcüstanda deputatlığa namizəd oldu

Azərbaycanlı qadın Gürcüstanda deputatlığa namizəd oldu Gürcüstanda azərbaycanlı qadının deputatlığa namizədliyi irəli sürülüb.
Diaspor
804
23 Sentyabr , 2020 16:21
Azərbaycanlı qadın Gürcüstanda deputatlığa namizəd oldu
Gülsəfa Ayvazova

Gürcüstanda azərbaycanlı qadının deputatlığa namizədliyi irəli sürülüb.

“Report”un yerli bürosu xəbər verir ki, o, Marneulidə yaşayan Gülsəfa Ayvazovadır.

Ziyalı qadın Gürcüstan Partiyasından Marneuli-Qardabani dairəsi üzrə majoritar qaydada deputat mandatı uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, indiyədək adıçəkilən dairə üzrə 10 azərbaycanlı namizəd təqdim olunub və onların arasında qadın yoxdur.

Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi