Azərbaycanlı fermerlər Gürcüstan hökumətindən kömək istəyir

Azərbaycanlı fermerlər Gürcüstan hökumətindən kömək istəyir Dolu və daşqın Gürcüstanın Kaxeti bölgəsinin 20 kəndinə ciddi ziyan vurub.
Diaspor
253
12 May , 2020 11:14
Azərbaycanlı fermerlər Gürcüstan hökumətindən kömək istəyir

Dolu və daşqın Gürcüstanın Kaxeti bölgəsinin 20 kəndinə ciddi ziyan vurub.

“Report”un yerli bürosu xəbər verir ki, həmin kəndlərdən biri azərbaycanlıların yaşadıqları Qabal kəndidir.

Təbii fəlakət nəticəsində yerli sakinlərin yetişdirdikləri məhsulların böyük əksəriyyəti məhv olub. Məhsullar sığortalanmadığına görə, Qabal sakinləri zərərin ödənilməsi üçün Gürcüstan hökumətindən kömək istəyirlər.

Kaxetinin qubernatoru İrakli Kadaqişvili isə bildirib ki, fermerlər məhsullarını mütləq sığortalamalıdırlar: “Qanunvericiliyə əsasən, yerli bələdiyyələr bu istiqamətdə maliyyə yardımı göstərə bilmirlər. Əgər siğortalama olsa, birillik əkin yerləri ilə bağlı fermerlərə zərərin 70%-i ödəniləcək”.

Son xəbərlər

Orphus sistemi