Azərbaycanlı cəmiyyət sədri Mariupolda mühasirədən çıxarılıb

Azərbaycanlı cəmiyyət sədri Mariupolda mühasirədən çıxarılıb Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresinin (BUAK) Mariupol üzrə sədri Afaq Həmidova, ailəsi və daha bir neçə azərbaycanlı mühasirədən çıxarılıblar.
Diaspor
187
15 Mart , 2022 18:33
Azərbaycanlı cəmiyyət sədri Mariupolda mühasirədən çıxarılıb

Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresinin (BUAK) Mariupol üzrə sədri Afaq Həmidova, ailəsi və daha bir neçə azərbaycanlı mühasirədən çıxarılıblar.

"Report"un Şərqi Avropa bürosu xəbər verir ki, bu, Ukrayna və Rusiya arasında razılaşdırılmış "yaşıl dəhliz" vasitəsilə baş tutub.

Qeyd edək ki, A.Həmidova və bir qrup azərbaycanlı ilə Rusiyanın fevralın 24-də Ukraynaya qarşı başladığı müharibə nəticəsində Mariupolda mühasirəyə düşmüşdü. Onlarla on günə yaxın idi ki, əlaqə kəsilmişdi.

Son xəbərlər

Orphus sistemi