Azərbaycanın dostları Ermənistanın mina təxribatlarına etiraz edirlər

Azərbaycanın dostları Ermənistanın mina təxribatlarına etiraz edirlər Kəlbəcər rayonunda azərbaycanlı jurnalistlərin mina partlayışı nəticəsində həlak olması xəbəri dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı və ölkəmizə dost münasibəti bəsləyən ictimai fəalları və xarici jurnalistləri hiddətləndirib.
Diaspor
100
8 İyun , 2021 14:10
Azərbaycanın dostları Ermənistanın mina təxribatlarına etiraz edirlər

Kəlbəcər rayonunda azərbaycanlı jurnalistlərin mina partlayışı nəticəsində həlak olması xəbəri dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı və ölkəmizə dost münasibəti bəsləyən ictimai fəalları və xarici jurnalistləri hiddətləndirib.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Braziliyanın San Paolo şəhərində yaşayan fəal Andreia Hirominin, eləcə də Tobaqo və Trinidad Respublikasında yaşayan yazıçı soydaşımız Emiliya Əhmədovanın beynəlxalq təşkilatlara, yerli və xarici KİV-lərə ünvanladıqları bəyanatlarda Ermənistanın mina təxribatları ilə bağlı davranışına biganə və səssiz qalmağın yolverilməz olduğu nəzərə çatdırılıb.

Azərbaycanın mina xəritələrinin təhvil verilməsi barədə israrlı tələblərinə Ermənistanın məhəl qoymadığını xatırladan A.Hiromi braziliyalıları və beynəlxalq ictimaiyyəti Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləməyə çağırıb.

Müharibənin bitməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələrinin diversiya qruplarının Kəlbəcər rayonunda yeni minalar yerləşdirərkən yaxalandıqlarını xatırladan E.Əhmədova isə azərbaycanlı jurnalistlərin həlak olmasını Ermənistanın hərbi cinayəti adlandırıb. Soydaşımız beynəlxalq birliyi Ermənistana öz öhdəliklərini yerinə yetirməsi və insan həyatını qorumaq kimi mənəvi borcunun xatırladılması məqsədilə təzyiq göstərməyə səsləyib.

Braziliyalı jurnalist Fabiana Ceyhanın https://brasiliainfoco.com və https://www.omundodiplomatico.com xəbər saytlarında yerləşdirilmiş məqaləsində Kəlbəcərdə baş vermiş faciəli hadisə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistanın qəsdən minalar yerləşdirdiyi, erməni silahlı qüvvələrinin diversiya qruplarının sərhədi pozaraq Kəlbəcərin yaşayış məntəqələrində və yollarında yeni minalar yerləşdirməyə cəhd etdikləri barədə ətraflı məlumat verilib. "Ermənistan bölgədəki hərbçilərin və mülki vətəndaşların həyatına və təhlükəsizliyinə ciddi təhdid kimi qalmaqda davam edir", - deyə müəllif əlavə edib.

Son xəbərlər

Orphus sistemi