​Azərbaycanın diaspor təşkilatlarının nümayəndələri Fəxri və Şəhidlər xiyabanını ziyarət ediblər

​Azərbaycanın diaspor təşkilatlarının nümayəndələri Fəxri və Şəhidlər xiyabanını ziyarət ediblər Onlar ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar
Diaspor
2 İyun , 2016 16:24
​Azərbaycanın diaspor təşkilatlarının nümayəndələri Fəxri və Şəhidlər xiyabanını ziyarət ediblər

Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycanın diaspor təşkilatlarının nümayəndələri Dünya Azərbaycanlılarının IV Qurultayı ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib.

"Report"un xəbərinə görə, diaspor nümayəndələri ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Azərbaycanın diaspor təşkilatlarının nümayəndələri daha sonra Şəhidlər Xiyabanını ziyarət edib, "Əbədi məşəl" kompleksinin önünə əklil qoyub, torpaqlarımızın qorunması uğurunda canlarından keçən qəhramanların xatirəsi hörmətlə yad edilib. 

Son xəbərlər

Orphus sistemi