Azərbaycandakı 3 icma tarixi zəfərlə bağlı bəyanat yaydı

Azərbaycandakı 3 icma tarixi zəfərlə bağlı bəyanat yaydı Azərbaycandakı gürcü icması, Pakistan icması və Dünya Axıska Türkləri Birliyi Azərbaycan ordusunun əldə etdiyi tarixi qələbə münasibətilə bəyanatlarla çıxış ediblər.
Diaspor
519
10 Dekabr , 2020 16:16
Azərbaycandakı 3 icma tarixi zəfərlə bağlı bəyanat yaydı

Azərbaycandakı gürcü icması, Pakistan icması və Dünya Axıska Türkləri Birliyi Azərbaycan Ordusunun əldə etdiyi tarixi qələbə münasibətilə bəyanatlarla çıxış ediblər.

"Report"un məlumatına görə, bəyanatlarda qeyd edilir ki, Azərbaycan xalqını, Prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı Zəfər Günü münasibətilə təbrik edir, Şəhidlərə Allahdan rəhmət, qazilərə şəfa diləyirik.

"Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun torpaqlarımızı Ermənistanın işğalından azad etməsi ilə qürur duyur və iftixar hissi keçirdiyimizi bildiririk.

Bütün dünyada sülhpərvər, mültikultural və tolerant ölkə kimi tanınan, haqlı və ədalətli mövqeyə malik olan Azərbaycanın beynəlxalq hüquqa əsasən Qarabağı işğaldan azad etdiyi, xalqımızın özünümüdafiə və ərazi bütövlüyünü təmin etmək hüquqlarını həyata keçirdiyi nəzərə çatdırılıb"- deyə bəyanatda əks olunub.

Sentyabrın 27-dən başlayan Vətən müharibəsi zamanı Azərbaycandakı bütün icmaların və diaspor təşkilatlarının Azərbaycana mənəvi dəstək olduqları vurğulanıb: "Vətən müharibəsi sübut etdi ki, Azərbaycan xalqı vahid, yenilməz və bölünməzdir".

Son xəbərlər

Orphus sistemi