Azərbaycan diasporunun təmsil olunduğu təşkilat Avropa strukturuna üzv qəbul edilib

Azərbaycan diasporunun təmsil olunduğu təşkilat Avropa strukturuna üzv qəbul edilib Mərkəzi ofisi Parisdə yerləşən təşkilata UMA-nın üzv qəbul edilməsi yanvarın 27-də təsdiqlənib
Diaspor
2 Fevral , 2015 20:43
Azərbaycan diasporunun təmsil olunduğu təşkilat Avropa strukturuna üzv qəbul edilib

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycan diasporunun da təmsil olunduğu, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevin rəhbərlik etdiyi Ukrayna Millətlər Assambleyası (UMA) Avropa Federal Millətlər İttifaqına (FUEN) üzv qəbul edilib.

Assambleyadan "Report"a verilən məlumata görə, mərkəzi ofisi Parisdə yerləşən təşkilata UMA-nın üzv qəbul edilməsi yanvarın 27-də təsdiq edilib.

Avropa Federal Millətlər İttifaqı 400-dən çox azlıqları özündə birləşdirən 90 təşkilatı əhatə edir. Təşkilat Avropada etnik azlıqların müdafiəsi, sosial vəziyyətinin araşdırılması və azlıqların vətəndaş cəmiyyətlərində rolunu tənzimləyir. Təşkilatda Avropada yaşayan türkdilli azlıqların təşkilatları da cəmləşib.

Son xəbərlər

Orphus sistemi