Azərbaycan diasporu Kurskda aztəminatlı ailələrə yardım edib

Azərbaycan diasporu Kurskda aztəminatlı ailələrə yardım edib Azərbaycan diasporu Rusiyanın Kursk vilayətində II Dünya müharibəsində faşizm üzərində qələbənin 75 illik yubileyinə həsr olunmuş xeyriyyə aksiyasında iştirak edib.
Diaspor
17 Aprel , 2020 13:45
Azərbaycan diasporu Kurskda aztəminatlı ailələrə yardım edib

Azərbaycan diasporu Rusiyanın Kursk vilayətində II Dünya müharibəsində faşizm üzərində qələbənin 75 illik yubileyinə həsr olunmuş xeyriyyə aksiyasında iştirak edib.

"Report"un Rusiya bürosunun məlumatına görə, Rusiya Azərbaycanlıları İttifaqı (RAİ) koronavirus səbəbindən bölgədəki aztəminatlı ailələri ziyarət edib, onlara ərzaq və şəxsi gigiyena vasitələri paylayıblar.

“Biz qələbənin 75 illiyi ilə əlaqədar xüsusi olaraq 75 ərzaq səbəti hazırladıq. Bizim babalarımız birgə mübarizə aparıb və bu gün də bu pandemiyaya birlikdə qalib gələcəyik”, - RAİ-nin Kursk vilayəti üzrə nümayəndəsi Qasım Kərimov "Report"un yerli bürosuna bildirib.

O deyib ki, bu aksiya bir dəfə ilə yekunlaşmayacaq: “Xeyriyyə aksiyası çərçivəsində gələn həftə uşaq evlərini də ziyarət edəcəyik". 

Son xəbərlər

Orphus sistemi