Azərbaycan diasporu Komidə qondarma “erməni soyqırımı”nın 100 illiyinin keçirilməsinin qarşısını alıb

Azərbaycan diasporu Komidə qondarma “erməni soyqırımı”nın 100 illiyinin keçirilməsinin qarşısını alıb Ermənilərə rəsmi olaraq rədd cavabı verilib
Diaspor
119
23 Aprel , 2015 17:43
Azərbaycan diasporu Komidə qondarma “erməni soyqırımı”nın 100 illiyinin keçirilməsinin qarşısını alıb

Bakı. 23 aprel. REPORT.AZ/ Rusiyanın Komi Respublikasında fəaliyyət göstərən “Azərbaycan" diasporunun müdaxiləsi ilə qondarma “erməni soyqırımı”nın 100 illiyinin qeyd edilməsinin qarşısı alınıb. 

"Report" xəbər verir ki, Komi Respublikasının Uxta şəhərində erməni diasporu qondarma “erməni soyqırımı"nın 100 illiyinin respublika səviyyəsində keçirilməsi üçün Şəhər Şurasında məsələ qaldırıb. Amma 15 ildən çoxdur Komidə fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri, Uxta Şəhər Şurasının üzvü Həsən Qasımov və cəmiyyətin digər fəallarının məsələyə müdaxiləsindən sonra ermənilərə rəsmi olaraq rədd cavabı verilib. 

Həsən Qasımov bu cür tədbirlərin Komidə yaşayan xalqlar arasında nifaq salmağa xidmət etdiyini bildirib. O, Roma Papasının qondarma "erməni soyqrımı" ilə bağlı mövqeyini pisləyib və belə bir yanaşmanın din xadimi üçün bağışlanılmaz səhv olduğunu bəyan edib. H.Qasımov Avropa Parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamənin həqiqəti əks etdirməyən və l Dünya müharibəsinin real tarixi hadisələrini təhrif edən qərar olduğunu da qeyd edib. 

Son xəbərlər

Orphus sistemi