“Azərbaycan Diaspor Gəncləri” təşkilatı fəaliyyətə başlayıb

“Azərbaycan Diaspor Gəncləri” təşkilatı fəaliyyətə başlayıb Bakı. 31 oktyabr. REPORT.AZ/ Xaricdə yaşayan Azərbaycan əsilli gəncləri özündə birləşdirən “Azərbaycan Diaspor Gəncləri” təşkilatı artıq fəaliyyətə başlayıb.
Diaspor
31 Oktyabr , 2018 14:55
“Azərbaycan Diaspor Gəncləri” təşkilatı fəaliyyətə başlayıb
0 : 00
0 : 00

Bakı. 31 oktyabr. REPORT.AZ/ Xaricdə yaşayan Azərbaycan əsilli gəncləri özündə birləşdirən “Azərbaycan Diaspor Gəncləri” təşkilatı artıq fəaliyyətə başlayıb. 

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Komitənin təşəbbüsü və təşkilatçılığı ilə keçirilmiş “Cümhuriyyətin 100 illiyi” adlı I Yay Düşərgəsində təsis edilən təşkilatın əsas məqsədləri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılması, Azərbaycanın tarixi-mədəni irsi və adət-ənənələrinin intensiv təbliği, azərbaycanlı gənclərin və tələbələrin sıx əməkdaşlıq şəraitində, koordinasiyalı fəaliyyətinin təmin edilməsi, o cümlədən, yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyanın gücləndirilməsidir. Təşkilatın müvafiq əsasnaməsi, nizamnaməsi və fəaliyyət planı işlənib hazırlanıb ki, bu da Azərbaycan diasporunun inkişafına gənclərin töhfə verməsinə zəmin yaradacaq.

“Azərbaycan Diaspor Gəncləri” (ADG) təşkilatının müasir dizaynda, həmçinin milliliyi özündə əks etdirən loqo və sloqanı hazırlanıb. Eyni zamanda, “Wikipedia” açıq ensklopediyasında fəaliyyət göstərmək məqsədilə işçi qrup da yaradılıb. Qrup artıq Azərbaycanın milli qəhrəmanları ilə bağlı məqalələr yerləşdirib, Azərbaycanla bağlı həqiqətlərin müxtəlif dillərdə daha geniş kütləyə çatdırılması istiqamətində çalışır. İşçi qrupun Amerika-Kanada, Avropa, Afrika, Asiya ölkələri, Türkiyə, Rusiya, Gürcüstan üzrə fəaliyyət göstərən üzvləri yaşadıqları ölkələrdə bir çox layihələrin həyata keçirilməsini planlaşdırırlar.

Həmçinin, təşkilat gənclər tərəfindən olduqca maraqla qarşılandı, bir çox gənclər təşkilatda təmsil olunmaq üçün müraciət edirlər. Bütün bunlar, gələcəkdə fəaliyyət sahəsinin daha da genişləndirilməsini zəruri edir. Qlobal məkanda aktiv fəaliyyəti hədəf seçən ADG-nin başlıca prioritetləri beynəlxalq informasiya məkanına çıxış, ölkəmizlə bağlı həqiqətlərin daha effektiv və intensiv təbliğində iştirakdır.

Qeyd edək ki, ADG Diaspor Gənclərinin I Yay Düşərgəsi zamanı yaradılıb. 22-28 avqust tarixlərində təşkil olunan düşərgədə ABŞ, Kanada, Yaponiya, Malayziya, İsveç, Rumıniya, İtaliya, İndoneziya, İngiltərə, bir sözlə, 37 ölkədən 140 diaspor gənci iştirak edib. 

Son xəbərlər

Orphus sistemi