Arxangelskdə Azərbaycan günləri keçirilib

Arxangelskdə Azərbaycan günləri keçirilib Tədbirdə Azərbaycan xalq çalğı alətlərinin, milli mətbəxinin və suvenirlərin sərgisi təşkil edilib
Diaspor
492
12 İyun , 2017 13:08
Arxangelskdə Azərbaycan günləri keçirilib

Bakı. 12 iyun. REPORT.AZ/ Rusiya Federasiyasının Arxangelsk vilayətində Azərbaycan günləri çərçivəsində “Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional ictimai təşkilatının və Araxangelsk vilayətinin millətlər şurası və yerli hakimiyyətin birgə təşkilatçılığı ilə bayram konserti keçirilib. 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a bildirilib ki, Arxangelskdə Azərbaycan günlərinə və IX Şimal Millətlər Forumuna həsr edilmiş təntənəli konsert proqramı “Patriot” mərkəzində baş tutub.

Tədbirdə Azərbaycan xalq çalğı alətlərinin, milli mətbəxinin və suvenirlərin sərgisi keçirilib. “Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional ictimai təşkilatının sədri Tərlan Qasımov qonaqlara Azərbaycan haqqında ümumi məlumat verib. Daha sonra Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəallarının təqdimatında Azərbaycan xalq mahnıları və rəqsləri izlənilib.

Konsertdə Arxangelsk vilayəti qubernatorunun daxili siyasət üzrə müavini Aleksey Andronov, Arxangelsk Xalqlar Assambleyasının sədri Svetlana Smirnova və digər rəsmi şəxslər, yerli milli-mədəni birliklərin, ictimai təşkilatların rəhbərləri və nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri iştirak edib.

Son xəbərlər

Orphus sistemi