​Alman-Azərbaycan Mədəniyyət Assosiasiyası Almaniya kütləvi informasiya vasitələrinə müraciət edib

​Alman-Azərbaycan Mədəniyyət Assosiasiyası Almaniya kütləvi informasiya vasitələrinə müraciət edib Bəyanatda Ermənistanın işğalı altında olan Azərbaycan əraziləri barədə məlumat verilib
Diaspor
309
7 Aprel , 2016 09:09
​Alman-Azərbaycan Mədəniyyət Assosiasiyası Almaniya kütləvi informasiya vasitələrinə müraciət edib

Bakı. 7 aprel. REPORT.AZ/ Alman-Azərbaycan Mədəniyyət Assosiasiyası Ermənistan silahlı bölmələrinin cəbhə xəttində törətdiyi hərbi təxribatlarla əlaqədar Almaniyanın kütləvi informasiya vasitələrinə bəyanat göndərib. Bu barədə "Report"a Disporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən bildirilib.
Bəyanatda qeyd olunub ki, aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Ermənistan silahlı bölmələrinin Azərbaycan Ordusunun mövqelərini iriçapli silahlardan, artilleriya və tanklardan atəşə tutması Almaniyada yaşayan azərbaycanlıların ciddi narahatlığına səbəb olub. Həmçinin qeyd olunub ki, Azərbaycanın dinc sakinləri arasında tələfatla nəticələnən təxribat zamanı cəbhəyə yaxın ərazilərdə əhalinin əmlakına da böyük miqyasda ziyan dəyib.

Bəyanatda, həmçinin ermənilərin uzun illərdir azərbaycanlılara qarşı həyata keçirdiyi təcavüzkarlıq siyasəti pislənilib və bildirilib ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə əməl etməyən Ermənistan hərbi birləşmələri işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmalıdır.

Bəyanatda Ermənistanın işğalı altında olan Azərbaycan əraziləri barədə məlumat verilib, Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqenin dünya azərbaycanlıları tərəfindən qəti şəkildə pislənildiyi deyilib. 

Son xəbərlər

Orphus sistemi