ABŞ-ın məşhur supermarketlər şəbəkəsində Azərbaycan bayrağı asılıb

ABŞ-ın məşhur supermarketlər şəbəkəsində Azərbaycan bayrağı asılıb Dünyanın bir çox ölkəsində, o cümlədən ABŞ-ın böyük şəhər və ştatlarında fəaliyyət göstərən “International Supermarket” şəbəkəsinin mağazalarında Azərbaycan bayraqları asılıb.
Diaspor
11 Yanvar , 2021 10:01
ABŞ-ın məşhur supermarketlər şəbəkəsində Azərbaycan bayrağı asılıb

Dünyanın bir çox ölkəsində, o cümlədən ABŞ-ın böyük şəhər və ştatlarında fəaliyyət göstərən “International Supermarket” şəbəkəsinin mağazalarında Azərbaycan bayraqları asılıb.

“Report”un yerli bürosu xəbər verir ki, həmvətənlərimizin səyi nəticəsində ABŞ-ın Çikaqo və Missuri ştatlarında fəaliyyət göstərən beynəlxalq marketdə ötən həftədən başlayaraq onlarla ölkənin bayraqları arasında Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağı da dalğalanır.

ABŞ-ın Çikaqo ştatında yaşayan diaspor təmsilçisi Emin Səfərov bildirib ki, Rusiya, Türkiyə, Brazilya, Estoniya, Gürcüstan, İtaliya, İspaniya, hətta Ermənistanın bayraqlarının asıldığı marketdə Azərbaycan istehsalı olan qida məhsulları (mürəbbələr, meyvə şirələri, narşərab, Azərbaycan çayı və s.) satılmasına baxmayaraq, qeyri-müəyyən səbəblərdən marketdə ölkəmizin bayrağının asılmasına icazə verilməyib.

E.Səfərov deyib ki, ötən illər ərzində Azərbaycan bayrağının sözügedən marketlər şəbəkəsində asılması üçün dəfələrlə cəhd göstərməsinə baxmayaraq, nəticə əldə edə bilməyib.

O, daha sonra marketlər şəbəkəsinin rəhbərliyi ilə şəxsi əlaqə yaradaraq məsələ ilə bağlı etirazını bildirib və həlli üçün lazımi köməyin göstərilməsini istəyib.

Sonda “International Supermarket”in rəhbərliyi E.Səforovun haqlı iradını nəzərə alıb və Azərbaycan bayrağının marketlər şəbəkəsində asılmasına icazə verib.

ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində yaşayan soydaşımız Məlahət Tağıyeva da bayrağımızın şəhərdə fəaliyyət göstərən “International Supermarket” şəbəkəsində asılmasına nail olub.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi