Gürcüstanın baş naziri azərbaycandilli qəzeti təbrik edib

Gürcüstanın baş naziri azərbaycandilli qəzeti təbrik edib Qəzet bir əsrdir ənənəsinə sadiq qalaraq azərbaycandilli əhaliyə layiqincə xidmət edir
Diaspor
22 May , 2021 13:43
Gürcüstanın baş naziri azərbaycandilli qəzeti təbrik edib
İrakli Qaribaşvili

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili azərbaycandilli “Gürcüstan” qəzetini 100 illiyi münasibətilə təbrik edib.

“Report”un yerli bürosu xəbər verir ki, təbrik məktubu nəşrin son sayında dərc olunub.

Hökumət başçısı qeyd edib ki, qəzet bir əsrdir ənənəsinə sadiq qalaraq azərbaycandilli əhaliyə layiqincə xidmət edir.

“Gürcüstan” qəzeti ölkənin çoxmədəniyyətli cəmiyyətinə, qardaşlıq və qarşılıqlı hörmətə böyük töhfə verir. Əminəm ki, nəşr bundan sonra da işini şərəflə davam etdirəcək və biz birgə səylərlə güclü, demokratik və vahid Gürcüstan qura biləcəyik”, - məktubda deyilir.

Qeyd edək ki, nəşrin sələfi olan “Kommunist” adlı qəzetin ilk sayı 1921-ci ilin martında işıq üzü görüb. Qəzet daha sonra “Yeni fikir”, “Yeni kənd” və “Sovet Gürcüstanı” adlandırılıb, 1990-cı ilin noyabrın 15-dən isə “Gürcüstan” adı ilə nəşr olunur.

Son xəbərlər

Orphus sistemi