ABŞ-dakı Azərbaycan diasporunun fəalları mükafatlandırılıb

ABŞ-dakı Azərbaycan diasporunun fəalları mükafatlandırılıb ABŞ-dakı Azərbaycan diasporunun fəalları medalla təltif ediliblər
Diaspor
729
27 Dekabr , 2020 15:14
ABŞ-dakı Azərbaycan diasporunun fəalları mükafatlandırılıb
Ercan Yerdelenli

ABŞ-dakı Azərbaycan diasporunun fəalları medalla təltif ediliblər.

“Report”un xüsusi müxbiri xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsi ABŞ-dakı Azərbaycan diasporunun fəaliyyətinə töhfələr verən diaspor təşkilatlarının fəalları - Abol Bahadorini, Ercan Yerdelenlini, Farid M.Mammadovu, Jon-Naimi Amiralı, Turyan Qarabağ Rafaellini “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edib.

Nyu-Yorkdakı Azərbaycan Assosiasiyasının rəhbəri Ercan Yerdelenli bildirib ki, ölkəmizin Vətən müharibəsində qazandığı tarixi qələbə ABŞ-dakı Azərbaycan diasporunun nümayəndələri tərəfindən sevinc və qürur hissi ilə qarşılanıb: “ABŞ-da yaşayan azərbaycanlı fəallar uzun illərdir Qarabağ həqiqətlərinin bu ölkənin ictimayyətinə çatdırılmasında səylə çalışmaqdadır. Biz bu müddət ərzində dayanmadıq, ABŞ-da Azərbaycanın səsi olduq.

Bu müddət ərzində başda Nyu-York şəhəri olmaqla ABŞ-ın bir sıra şəhərlərində mitinqlər keçirdik. ABŞ mediası bizdən yazdı. Ancaq, hələ də, işimiz yekunlaşmayıb. Bundan sonra Qarabağın gözəlliklərini, zəngin təbiətini və qaynaqlarını ABŞ cəmiyyətinə tanıdacağıq”.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi