ABŞ-da türkdilli xalqların ictimai fəalları izdihamlı yürüş keçirib

ABŞ-da türkdilli xalqların ictimai fəalları izdihamlı yürüş keçirib Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən 39-cu Türk Günü və Festivalı çərçivəsində türkdilli xalqların ABŞ-da yaşayan icmalarının fəallarının izdihamlı yürüşü təşkil edilib.
Diaspor
21 May , 2022 23:35
ABŞ-da türkdilli xalqların ictimai fəalları izdihamlı yürüş keçirib

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən 39-cu Türk Günü və Festivalı çərçivəsində türkdilli xalqların izdihamlı yürüşü təşkil edilib.

“Report”un yerli bürosu xəbər verir ki, Manhetten adasının Madison prospektində təxminən bir saat davam edən yürüşdə türk-amerikan dərnəkləri, məktəbləri, Türkiyənin 3 böyük futbol komandasının kortejləri, Kipr və Türkmənistan türkləri və azərbaycanlılar iştirak edib.

Azərbaycanın və Türkiyənin Vaşinqtodakı səfirləri Xəzər İbrahim və Həsən Murad Mərcan da Mehtər marşı sədaları ilə irəliləyən karvanla hərəkət edib.

Azərbaycan icması yürüşə xüsusi bəzədilmiş avtomobil karvanı ilə qatılıb. Azərbaycan bayraqları ilə bəzədilmiş karvanda milli geyimlərdə olan gənclər də iştirak edib. Onlar “Qarabağ Azərbaycandır”, “Yaşasın Azərbaycan” şüarları səsləndiriblər.

Təxminən iki saat davam edən yürüş Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahı qarşısındakı Dag Hammarksjöld  meydanında başa çatıb. Meydanda türk sənətçi Hande Yenerin iştirakı ilə konsert proqramı nümayiş olunub.

23:11

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən 39-cu Türk Günü və Festivalı çərçivəsində türkdilli xalqların ABŞ-da yaşayan icmalarının fəallarının izdihamlı yürüşü təşkil edilib.

“Report”un yerli bürosu xəbər verir ki, Manhetten adasında baş tutan izdihamlı yürüşdə bayraqlarla bəzədilmiş maşınlar şəhərin əsas meydan və küçələrində dövrə vurublar.

Yürüşdə Azərbaycanın Vaşinqtodakı səfiri Xəzər İbrahim və Türkiyənin səfiri Həsən Murad Mərcan da iştirak edirlər. Azərbaycan icması da yürüşə xüsusi bəzədilmiş avtomobil karvanı ilə qatılıb.

Yürüş davam edir.

Son xəbərlər

Orphus sistemi