ABŞ-da 20 Yanvar faciəsinin qurbanları anılıb

ABŞ-da 20 Yanvar faciəsinin qurbanları anılıb ABŞ-ın Nyu-York şəhərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb.
Diaspor
21 Yanvar , 2021 12:03
ABŞ-da 20 Yanvar faciəsinin qurbanları anılıb

ABŞ-ın Nyu-York şəhərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb.

“Report”un xüsusi müxbiri xəbər verir ki, anım mərasimi Azərbaycan - Nyu-York Assosiasiyası təşkilatçılığı ilə Bruklindəki Sultan Əyyub məscidində baş tutub.

Azərbaycanın azadlığı, bötövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ehsan süfrəsi açılıb.

Tədbirin təşkilatçılarından biri olan Esmira Əskərova deyib ki, ABŞ-da yaşayan həmvətənlərimiz arasında 20 Yanvar faciəsinin qurbanlarının yaxınları və şahidləri var: "Vətəndən çox uzaqlarda olsalar da, onlar hər il ənənəvi olaraq ölkəmizin tarixinə qanlı hərflərlə yazılmış bu faciənin qurbanlarını yad etmək üçün bir yerə toplanaraq faciə haqqında ABŞ icmasını məlumatlandırmağa çalışırlar".

Tədbirin sonunda məscidin imamı 20 Yanvar faciəsinin qurbanlarının ruhuna dualar oxuyub. Həmvətənlərimiz tərəfindən ehtiyac sahiblərinə ehsan paylanılıb.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi