Benelüks ölkələrindən ilin ilk ayında 11 azərbaycanlı deportasiya olunub

Benelüks ölkələrindən ilin ilk ayında 11 azərbaycanlı deportasiya olunub Amsterdam. 11 fevral. REPORT.AZ/ Bu ilin yanvarın 1-dən 31-dək Benelüks ölkələrindən (Niderland, Belçika, Lüksemburq) 11 azərbaycanlı deportasiya olunub.
Diaspor
11 Fevral , 2019 11:04
Benelüks ölkələrindən ilin ilk ayında 11 azərbaycanlı deportasiya olunub

Amsterdam. 11 fevral. REPORT.AZ/ Bu ilin yanvarın 1-dən 31-dək Benelüks ölkələrindən (Niderland, Belçika, Lüksemburq) 11 azərbaycanlı deportasiya olunub.

“Report”un Benelüks ölkələri üzrə bürosunun ölkələrin miqrasiya xidmətlərindən əldə etdiyi məlumata görə, bunlardan 6-sı Belçika Krallığından, 4-ü Niderland Krallığından və 1-i ise Lükemburq Hersoqluğundan deportasiya olunub. Azərbaycanlılardan 1-i Rusiya vətəndaşı, 6-sı Gürcüstan vətəndaşı, 3-ü Ukrayna vətəndaşı, 1-i isə Azərbaycan vətəndaşıdır. 

Deport olunan azərbaycanlıların Polşaya və Ukraynaya keçdiyi bildirilir. Deportasiyaya səbəb qeyd olunan şəxslərin miqrasiya orqanlarını özləri barədə yalan faktlarla məlumatlandırdıqları bildirilir. 

B. Khan

Son xəbərlər

Orphus sistemi