Vladimir Zelenskinin Ukraynada yaşayan azərbaycanlılarla görüşü nəzərdə tutulub

Vladimir Zelenskinin Ukraynada yaşayan azərbaycanlılarla görüşü nəzərdə tutulub Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin ölkədə yaşayan etnik xalqlarla, o cümlədən azərbaycanlılarla xüsusi görüşünün təşkil olunacağı gözlənilir.
Diaspor
29 May , 2019 15:49
Vladimir Zelenskinin Ukraynada yaşayan azərbaycanlılarla görüşü nəzərdə tutulub

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin ölkədə yaşayan etnik xalqlarla, o cümlədən azərbaycanlılarla xüsusi görüşünün təşkil olunacağı gözlənilir. 

"Report"un məlumatına görə, bu barədə İsrail dövlətinin yaranmasının 71-ci il dönümü münasibəti ilə keçirilən tədbirdə Ukrayna Millətlər Assambleyasının prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevlə Vladimir Zelenskinin siyasi məsələlər üzrə müşaviri, prezidentin mənsub olduğu siyasi blokun rəhbəri Dmitriy Razumkov arasında olan görüş zamanı bildirilib.

R.Tağıyev etnik millətlərin istər ölkənin suverenliyi uğrunda, istərsə də iqtisadi həyatında fəallığını əsas gətirərək prezident Zelenskinin azərbaycanlılar da daxil olmaqla Ukrayna həyatında fəal olan azsaylı xalqlarla görüşünün zəruriliyini bildirib.

D.Razumkov bunu təqdir edərək məsələni prezidentə məruzə edəcəyini və bu görüşün tezliklə baş tutacağına inandığını vurğulayıb.

R.Tağıyev həmçinin rəhbərlik etdiyi Assambleya xətti ilə ölkəyə qoyulan çoxmilyonluq investiyadan danışaraq bunun daha sürətlə davam edəcəyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi